Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Sizi Ramazan bayramı münasibəti ilə təbrik edir, Sizə can sağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

Ramazan ayı Müqəddəs Qurani-Kərimin nazil olduğu, müsəlman dünyasının ən müqəddəs aylarından biridir. İnanclı insanlar Ramazan ayını həmişə səbirsizliklə gözləyir,  xoş niyyətlərlə tanrıya dua edir, ibadətlə məşğul olurlar.

Ramazan ayında oruc tutan,  Allaha dua edən inanclı insanların dualarını Allahın dərgahında qəbul olunsun.

Xalqımızın tanrıdan diləyi  sülh, əminamanlıq, ərazilərimizin işğaldan azad edilməsi, qaçqın və köçkünlərimizin öz ata – baba yurdlarına qayıtması, ölkəmizin  azadlığı və firavanlığıdır.

Ramazan ayında ölkəmiz və xalqımiz üçün etdiyimiz duaların Allahın dərgahında qəbul olunacağına, azad, firavan  gələcəyimiz naminə əzmkarlığımızı daha da artıracağımıza inanıram.

Bir daha bütün xalqımızı  müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə  uğurlar arzulayıram.

Tanrı yardımçımız olsun!”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300