Dostlarımızı artırıb, düşmənlərimizi azaldacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım AKP-nin toplantısında çıxışı zamanı söyləyib.
Baş nazir Rusiya və İsraillə problemlərin həll edildiyini bildirib:
"Terrorla mübarizədə Qərb ikili standartlar tətbiq edir. Bu atəş bir gün onları da yandıracaq. 2023-cü ildəki hədəflərimizə doğru addımlamağa davam edirik. Daxildən və xaricdən Türkiyəni çalxalamağa çalışanlar bunu bacarmayacaqlar”