Ana övladına süd verə bilməzsə...
 
Kiari-Frommel sindromu... Xəstəlik haqqında məlumat tibbə 100 il bundan əvvəl daxil olmuşdur. Xəstəliyin əlamətləri əsasən süd verməyən analarda meydana çıxır. Bunlar aşağıdakılardır:

- amenoreya

- cinsiyyət orqanlarının atrofiyası

- qalaktoreya.

Uluyol.info immunitet.az-a istinadən bildirir ki, sonralar bu xəstəliyin doğuşla əlaqəli olmayan formaları da meydana çıxmışdır.

Hamiləlik, doğuş, uzun zaman döşlə əmizdirmə, stresslər, bəzi dərman preparatlarından (rezerpin, aminazin) davamlı qəbulu və revmatik infeksiyalarla əlaqədar olaraq hipofizin ön payının prolaktin hasil edən asidofil hüceyrələrin funksiyası pozulur. Prolaktinin yüksək sekresiyası həm də hipotalamusun prolaktin inhibə edən faktoru ifraz edən hüceyrələrinin funksiyasının pozulması ilə əlaqəli ola bilər.

Hipofizin adenoması bu sindromun inkişafının səbəblərindən biridir. Prolaktinin yüksək hasilatı hipofizin bazofil hüceyrələri tərəfindən FSH və LH sintezini tormozlayır, bu isə esterogen, progesteron və prolaktin arasında nisbətin pozulmasını şərtləndirir. Hormon sintezinin bu pozulmaları müvafiq klinik simptomatikanı - qalaktoreyanı, amenoreyani, hipoqanadizmi, baş ağrıları, görmə funksiyasının pozulmalarını formalaşdırır.
Diaqnostika tipik şikayətlərə, MRT, beynin KT müayinəsi, EEQ, həmçinin hormonal tədqiqatların nəticəsində formalaşır.
Müalicə:

Prolaktin hasilatını azaltmaq məqsədilə parlodel ( bromkriptin və ya dostineks ) tətbiq olunur.

Xəstəliyin şişşəkilli törəməsi zamanı şüa terapiyası məsləhət görülür.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300