Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu vəkil Nemət Kərimlidən imtina edib.

Bu haqda "Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

"Bu gün Fikrət Fərəməzoğlu ilə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (MCQMBİ) görüşdüm. Müstəntiq məni ona təqdim etdi. Amma Fikrət Fərəməzoğlu vəkil kimi mənim xidmətimdən imtina etdiyini bildirdi”, – Nemət Kərimli deyib.

"Dünən mən müstəntiq Hacı Əfəndiyevlə əlaqə saxlamışdım. O, elə dünən saaat 5-dən sonra məni vəkil kimi təqsirləndirilən şəxsə təqdim etməli idi, bunu razılaşdırmışdıq. Lakin o, telefon zənglərimə cavab vermədi. Bu gün səhər isə, o, orderi məktubla göndərməyimi məsləhət gördü, bu isə qanunvericiliyə uyğun deyil. Sonra isə müstəntiq zəng edərək, təqsirləndirilən şəxsə təqdim etmək üçün məni idarəyə dəvət etdi. Mən müstəntiqin otağına daxil olarkən Fikrət Fərəməzoğlu artıq otaqda oturmuşdu. O, dərhal mənə bildirdi ki, mənim vəkil xidmətimdən imtina edir və bu barədə ərizə yazıb müstəntiqə təqdim etdi”, – Nemət Kərimli deyib.

"Basta” əməkdaşının "Fikrət Fərəməzoğluna təzyiq edilibmi” sualına cavabında vəkil bunu istisna etməyib.

"Mən onunla tək-bətək görüşə bilməmişəm və imtinasının dəqiq səbəbi mənə məlum deyil. Amma Cinayət Prosesual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində həbs qərarı olduqda, o, 24 saat müddətində müvəqqəti saxlanma yerindən istintaq təcridxanasına köçürülməlidir. Fikrət Fərəməzoğlunun barəsində həbs qətimkan tədbiri  iyulun 2-də seçilib, müddət ötürülsə də, onun hələ də MCQMBİ-də saxlanılması təzyiqlərin olduğunu istisna etmir. Bu faktın özü beynəlxalq məhkəmə qərarlarının presedentinə əsasən pis rəftar sayılır”, – Nemət Kərimli bildirib.

Jurnalistin yaxınlarından "Basta”nın əldə etdiyi məlumata görə, Fikrət Fərəməzoğlunu inandırıblar ki, bu işin siyasiləşməsi onun zərərinə ola bilər. Bu səbəbdən Fikrət Fərəməzoğlu siyasi işlərdə daha çox təcrübəsi olan vəkil Nemət Kərimlinin xidmətindən imtina edib.

Fikrət Fərəməzoğlu hədə-qorxu yolu ilə pul tələb etmək ittihamı (CM-nin 182-ci maddəsi) ilə həbs edilib.

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300