"Hörmətli Xədicə xanım həmişə olduğu kimi, yenə də Müsavata qarşı qərəzlidir. Maraqlıdır ki, partiyanın hansısa bir addımına qarşı konkret etiraz yoxdur. İradlar əsasən "Yeni Müsavat” qəzeti ilə bağlıdır. Prosesləri elə də dərindən izləməyən vətəndaşlar bu gün də Müsavat Partiyasını və "Yeni Müsavat” qəzetlərini eyniləşdirirlərsə, bunu anlamaq olar.  Amma Xədicə xanım kimi məlumatlı, proseslərdən xəbərdar deyil, bilavasitə proseslərin içində olan birisinin belə iddiada bulunması heyrət doğurur”.

Bu sözləri Müsavat başqanının müavini, keçmiş vicdan məhbusu Yadigar Sadıqov tanınmış jurnalist, keçmiş vicdan məhbusu  Xədicə İsmayılın Müsavat haqqında fikirlərini şərh edərkən deyib. "Xural” qəzetinin "Qaynar qazan” layihəsinə müsahibə verən Xədicə İsmayıl Müsavat Partiyasını "Yeni Müsavat”ın təsiri altında olmaqda ittiham edib.

"Basta”nın sualını cavablandıran Yadigar Sadıqov bu ittihamın konkret olmadığını bildirib, bununla bərabər  jurnalistə bəzi faktları xatırladıb:

"…Özü də bu iddia "Müsavat Partiyasının siyasi kursuna "Yeni Müsavat” qəzetinin təsiri bu gün də, fikrimcə, yüksək olaraq qalır” kimi qeyri-konkret şəkildə deyiləndə, onu təkzib etmək üçün arqumentlər gətirmək də çətin olur. Yalnız onu xatırlatmaq istəyirəm ki, Müsavat Partiyası artıq çoxdan adıçəkilən qəzetdən tədricən uzaqlaşmaq xəttini tutmuşdu.

2009-cu ildə İsa Qəmbərin qəzetin formal təsisçiliyindən imtina etməsi də buna sübutdur. Düzdür, partiya körpüləri tam yandırmırdı, "Yeni Müsavat”ın partiyaya yaxın yeganə tribuna olduğunu nəzərə almaq məcburiyyətində idi. Bununla belə, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sırf qəzetçiliklə məşğul idi, Müsavat üzvü olaraq qalsa da, partiyada heç bir vəzifə tutmurdu.

Bu konteksdə xatırlatmaq gərəkir ki, məhz AXCP rəhbərliyinin təklifi və israrı nəticəsində Rauf Arifoğlu Qənimət Zahidlə birlikdə İctimai Palatanın Koordinasiya çurasına seçilmişdi. Yəni əsas müxalifət təşkilatının rəhbərliyinə gətirilmişdi. Buna etiraz edənlərin əksəriyyəti isə müsavatçılar olmuşdu. Məsələn, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli çox kəskin çıxış etmişdi. Daha sonra isə xatırladım ki, mən də məhz "Yeni Müsavat”da gedən bir məqaləyə etiraz olaraq İP-dan istefa vermişdim.

Artıq 1 ildir ki, Rauf Arifoğlu partiyanın üzvü deyil, Müsavatla qəzeti heç bir şey bağlamır. Hətta doğum günü təbrikləri və ya vəfat nekroloqları belə verilmir. Ad məsələsinə gəlincə isə, Müsavat sözü hüquqi cəhətdən marka, brend olmadığı üçün biz qəzetə ondan istifadəni qadağan edə bilmərik.

Xədicə xanım Müsavatın manevrlərini anlamadığını da söyləyir, təəssüf ki, yenə də konkretlik olmadan. Şəxsən mən hesab etmirəm ki, partiyamın hansısa anlaşılmaz mövqeyi var. Müsavat ölkədə baş verən bütün hadisələrə operativ, obyektiv reaksiya verir. Partiya təkcə sosial şəbəkədə deyil, həm də real həyatda fəaliyyət göstərir, daxili strukturlarını yenidən qurur və möhkəmlədir”.

Kamran, Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300