Ramazan ayının 27-ci gününün duası və təqvimi

"Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin”.

Oxuduğunuz bu ayə Qurani-Kərimin Bəqərə surəsinin 43-cü ayəsindəndir. Ayədə uca Allah insanlara namaz qılmağı, zəkat verməyi əmr edir.

Artıq Mübarək Ramazan ayının son günlərini yaşayırıq. Mübarək ayın sonuncu günü müsəlmanlar tərəfindən fitrə-zəkatı verilir.  Fitrə zəkatı o zəkatdır ki, Ramazan ayının sonuncu günü, Fitr bayramının daxil olduğu gün verilir. Hədislərdən gələn məlumata görə, fitrə zəkatı bir ay boyunca Ramazan ayında tutulan orucun qəbul olunması üçün əsas şərtlərdən biridir.

İl ərzində bir neçə müqəddəs ayinlər var ki, həmin ayinlərin icrası zamanı İslam ölkələrində müsəlmanlar bir yerə toplaşırlar. Belə ayinlərdən biri də Mübarək Ramazan ayı bitdikdən sonra   müsəlmanlar tərəfindən qeyd olunan Fitr bayramıdır. Fitr bayramında müsəlmanlar maddi imkanı zəif olanlara yardım edirlər. Rəvayətə görə, oruc tutan şəxs bir ay boyunca oruc olduğu üçün yemədiklərini fitrə şəklində kasıblara verir.

İlahiyyatçı Emil Rahiloğlu Kanal15.tv-yə açıqlamasında bildirib ki, Fitr bayramı elə bir bayramdır ki, onu bütün müsəlman dünyası qeyd edərək əziz tutur. Bu gündə təkcə oruc tutanlar deyil, üzrlü səbəbdən oruc tutmayanlar da bayram edirlər:

emil_675-e1466670161764"Bunun əsas səbəblərindən biri də bayramın peyğəmbərimiz tərəfindən ümumi elan olunmasıdır. Bu bayram oruc tutanların təqva mərhələsinə yüksəlmə günüdür. Çünki orucluq əmri verilən ayənin sonunda Allah-taala "ləlləkum təttəqun” deyir. Yəni bu yolla təqva mərhələsinə yüksələ bilərsiz. Bu ayın sonunda sanki insan böyük bir mənəvi tərbiyədən çıxaraq həyatın ikinci mərhələsinə qədəm qoyur. Allah-taala bu günü möminlər üçün o qədər əziz edib ki, hətta bu gündə öz bəndələrinə oruc tutmağı haram etmiş və onları dünya nemətlərindən istifadə etməyə dəvət etmişdir. Allah yeni ayın başlanğıcında yeni maddi və mənəvi tərbiyədən çıxmış möminləri birlikdə namaz qılaraq dualar oxumağa, zikrlər deməyə dəvət edir”.

"Bir adam üçün fitrə-zəkatı, təxminən, 1-10 manat dəyərində təyin olunur”

E.Rahiloğlu deyir ki, bayram günü hər kəs xoş ab-havada olduğu üçün küsülülər barışır, insanlar təzə paltarlar geyinərək bir-birilərinə təbriklər deyirlər:

"İmkanlı şəxslər fitr bayramı münasibəti ilə kasıb və imkansız ailələrə baş çəkir və onların da qəlbini ələ alırlar. Yəni bu bayramda sevinməyən, mənəvi ab-havanı dərk etməyən kimsə qalmır. Bildiyimiz kimi bayram namazından öncə xütbə oxunur.  xütbədə islam dünyasında baş verən hadisələrdən danışılır. Xətib tərəfindən bəzi dünya məsələləri müzakirə olunur və müsəlmanlar vəhdətə və birliyə dəvət olunurlar. Yaxşı olar ki, ölkəmizdə yaşayan müsəlmanlar bu nemətlərdən kənarda qalmasın və müsəlman dünyasında baş verən ağrı-acını dərk edərək bayram etsinlər”.

İlahiyyatçı bildirib ki, fitr bayramında verilən fitrə-zəkatı aidiyyatı qurumlar tərəfindən hər il elan olunmaqla yanaşı, hər kəs risalələrdə yazılan qədərində verməlidir:

"Bir adam üçün fitrə-zəkatı, təxminən, 1-10 manat dəyərində təyin olunur. Yəni, minimal qiymət 1 AZN təyin olunur. Amma bəzi möminlərin imkanı çatırsa üstün qiymətlə hesablayaraq on manata kimi verə bilərlər” .

"Seyidlərə yalnız seyid olan şəxslərin fitrə-zəkatını vermək olar”

İlahiyyatçının sözlərinə görə, fitrə-zəkatını təkcə otuc tutanlar deyil, eləcə də, oruc tutmayan şəxslər də verə bilər.

E.Rahiloğlu fitrə-zəkatların kimlərə verilməsindən də danışıb. O bildirib ki, yalnız fəqir, yoxsul, imkansız sayılan şəxslərə verilməlidir. Seyidlərə yalnız seyid olan şəxslərin fitrə-zəkatını vermək olar: "Oruc tutan bir şəxs maddi imkansızlıqdan fitrə-zəkatı verməyə bilər. Bu halda, onun özünə fitrə verilməsi düşür”.

Qeyd edək ki, təfsirçi-alimlərin sözlərinə görə, Fitrə zəkatı barəsində Allah təbarəkə və təala Qurani-kərimdə Ə`la surəsinin 14 və 15-ci ayələrində belə buyurur:

"Paklanan insan artıq nicat tapmışdır. O kimsə ki, rəbbinin adını zikr edib namaz qılmışdır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300