Qırğızıstan prezidentinin mahnısına klip çəkilib - VİDEO
 
Qırğızıstan prezidenti Almazbek Atambayevin mahnısına klip çəkilib.

Novator.az xəbər verir ki, mahnının sözləri də Atambayevindir. O, mahnının
sözlərini rusca yazıb, musiqisini bəstələyib və özü də oxuyur.

Mahnı "Taleyin acığına” (rusca: "Судьбе назло”) adlanır. Almazbek Atambayev
bildirir ki, bu onun ilk mahnılarından biridir: "Bu mahnı mənim həyatımın devizidir.
"Taleyin acığına” mənə istənilən çətinliyi aşmağa kömək edib”.

Klipin süjeti rejissor Melis Ubukeyevin "Qırğızfilm” kinostudiyasında çəkilmiş
"Əyalətdə sevgi macərası” filminin motivlərinə əsaslanır.

Sentyabrın 17-də Atambayevin 60 yaşı tamam olur.  Qırğızıstanın ən varlı
adamlarından sayılan Atambayev həmişə ədəbi yaradıcılığa həvəs göstərib.
O, sovet dövründə, 1983-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olub. Prezident
Almazbek Atambayev hazırda ictimai əsaslarla Qırğızıstan Yazıçılarının Ədəbi
Fonduna başçılıq edir.


 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300