sirmemmed

Professor Şirməmməd Hüseynovun "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)” adlı kitabı çapdan çıxıb.

Kitabın hər iki cildinin "Ön söz” müəllifi professor Şirməmməd Hüseynov, transliterasiya redaktorları professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğludur (Mirzəyev).

Kitab Cümhuriyyət parlamentinin çoxşaxəli və gərgin fəaliyyəti, müxtəlif siyasi qüvvələri təmsil edən fraksiyaların marağı, parlament komissiyalarının, deputatların işi, hökumət başçıları və nazirlərlə parlament arasında münasibət barədə dolğun təsəvvür yaradır.

Toplunun I cildində parlamentin 19 iclasının hesabatı, qanunverici orqanın fəaliyyətinə dair şərhlər yer alıb. Bu cild "Azərbaycan” qəzetinin parlament açılmazdan əvvəl dövrün ictimai-siyasi mühitini xarakterizə edən yazıları ilə başlayır.

Kitabda istər müəllif məqalələrinin, istərsə də parlamentdə söylənilən nitqlərin dil və üslub xüsusiyyətləri olduğu kimi saxlanılıb, hər yazının sonunda isə mətndəki ərəb-fars mənşəli sözlərin lüğəti verilib.

Nəşrin II cildinə qəzetin 1919-cu il aprelin 18-dən oktyabrın 30-dək buraxılan nömrələrində (160-309) parlamentin hesabatları və vacib şərhlər daxil edilib. Onların sırasında Ü.Hacıbəyli "Dördgöz olmalıyıq”, "Dağıstana imdad”, "Zaqafqaziya konfransına dair”, Ömər Faiq Nemanzadənin "Böhtanlarla böyük işlər görülür”, Xəlil İbrahimin "Yetər artıq”, Əbdülrəhim Ağakişizadənin "Vətən gənclərinə bir kaç söz” və digər məqalələr yer alıb.

(report)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300