Narkotik maddələrin satışından əldə edilən gəlirdən məhrum olan PKK terrorçuları təslim olmağı seçir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi mənbələri məlumat yayıb.
Məlumata görə, çıxılmaz vəziyyətdə qalan terrorçular xalqı təxribatlara çağırır.
Bildirilib ki, PKK üzvləri sosial şəbəkələrdə xüsusilə Diyarbəkir Liçe mahalının əhalisini aktiv iğtişaşlar törətməyə vadar edir.
İddiaya görə, əhalinin aldanmadığını görən terrorçular çıxış yolunu təslim olmaqda görür.