Biz İstanbulda 7-7.5 bal gücündə zəlzələ baş verəcəyini ehtimal edirik.


Bunu Report-a Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru, professor Haluk Özener bildirib.


Onun sözlərinə görə, uzun illərdir Türkiyədə çox güclü zəlzələrə səbəb olan aktiv tektonik fay xəttinin son qismi Mərmərə dənizindədir: "Əgər bu parça qırılarsa, zəlzələ olacaq. Ancaq təbii fəlakətin tarixini heç kimsə verə bilməz. Dünyada mövcud olan texnologiyalar belə zəlzələnin qabaqcadan baş verəcəyini müəyyənləşdirə bilmir. Zəlzələ bu gün də, sabah da, bir il sonra da ola bilər. Biz gün ərzində bununla bağlı fəaliyyətimizi davam etdiririk. Dünyanın bütün ölkələri rəsədxanamızın gündəlik araşdırmalarından yararlanır. Ona görə də fərziyyələrə inanmaq lazım deyil. Bizim verdiyimiz məlumat həqiqətə uyğundur". 


Qeyd edək ki, bu günlərdə Türkiyə KİV-lərində İstanbulda 7-8 bal gücündə zəlzələ olacağı barədə məlumat yayılıb. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300