Bir müddət əvvəl Azərbaycan Respublikasınnın Prezidenti İlham Əliyev cənablarının fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək onun bütün səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verildi. Bu səlahiyyətlərdən biri də Torpaqların mühafizəsinə nəzarətdən ibarətdir ki, hazırda bu funksiyanı yeni yaradılmış Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi həyata keçirir. Bundan öncə mətbuatda Neftçala rayonu ərazisində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nağıyev Firudin Bilal oğlu tərəfindən rayon bələdiyyələrinin mülkiyyətində olan torpaqların, eyni zamanda Dövlət və Xüsusi mülkiyyətdə olan torpaqların başına açılan oyunlar barədə məlumat verilsə də, məsələyə ciddi münasibət göstərən tapılmadı, Bir sözlə, bu problemin həllinə səthi yanaşıldı.

Bütün bunların fonunda isə, MKTİB-ni rəisi Firudin Nağıyev Neftçala rayonunda Əmlak Komitəsinin və Ekologiya və Təbii sərvətlər nazirliklərinin işçilərinə arxalanaraq tabeçiliyində olan maşın və mexanizmləırdən istifadə edərək Neftçala bələdiyyəsinin mülkiyyətində olan iki hektardan artıq, Yenikənd bələdiyyəsinin mülkiyyətində olan kəndin prespektiv inkişafı üçün nəzərdə tutulan ərazidən beş hektardan artıq, xüsusi mülkiyyətdə olan pay torpaqlarının ərazisindən bir hektardan artıq torpaq sahələri avtomaşınlara yüklənərək maşını 80 (səksən) manatdan kənara daşınıb satılmaqda davam edir. Qəribə burasındadır ki, bu oğurluq malın nə qabağını kəsən var nə də verilən siqnallara reaksiya verən.Əcəba, bu torpaqlar MKTİB-nin rəisinə hədiyyəmi olunub, yoxsa bunun adını nə qoyaq? Aparılan müşahidələr nəticəsində bu torpaqları yükləyən traktorun və ÇU 271 AZ\TR 14 tranzit nömrəli KAMAZ markalı avtomobilin MKTİB-nə məxsus olması, torpağın daşınmasında fəallıq göstərən 47 AC 384 nömrəli avtomobilin rayon YOL idarəsinə, 90 JN 301 nömrəli avtomobilin Rahil adlı şəxsin idarə etdiyi məlum olub. Bunları təsdiqləyən video və foto çəkilişləri sizlərə təqdim edirik.Rayon Əmlak Məsələləri Dövlət Komitəsin sədri Kərəm Həsənovdan, Baş prokuror Zakir Qaralovdan, Vergilər naziri Fazil Məmmədovdan xahiş edirik ki, yuxarıda qeyd olunan faktların araşdırlmasına yardımçı olsunlar. Sakinlər bildirir ki, Dövlət Agentliyinin işçiləri ya bu sahədə öz səlahiyyətlərinə səhlənkar yanaşırlar ya da onlar da bu torpaq oğruları ilə əlbirdirlər.

 

Araşdırmalarımız davam edir…
 Bizimesr.az

 

2016-06-26 22.14.10 20160626_171549 20160626_172256 20160626_173010 20160626_173913 20160626_180732 20160626_180747 20160626_182956 20160626_185813 20160626_190502 20160626_191347 IMG-20160627-WA0008

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300