İŞİD Türkiyəyə qarşı müharibə elan etdi — SON DƏQİQƏ

Ankarada 100 adamın həyatını itirdiyi terror hücumu ilə bağlı aparılan istintaq çərçivəsində İŞİD-in Türkiyəni hədəf seçməsinə dair ilginc yazışmalar ortaya çıxıb. Bu yazışmalarda İŞİD-in Türkiyəyə müharibə elan etdiyi, qardaş ölkənin hava limanlarını da hədəf olaraq seçdiyi məlum olub.

Bildirilir ki, İŞİD-in Gaziantep Əmiri ilə Suriyada yaşayan Türkiyə vətəndaşı İlhami Balı arasındakı şifrəli yazışmalarda Türkiyəni sarsıtmaq üçün terror aktlarının həyata keçirilməsinə dair konkret təlimatlar var.

Yazışmalardan birində deyilir:

"… Lakin Türkiyə bizə (İŞİD-ə) müharibə elan etdi, qardaşlarımızı, bacılarımızı, yollarda tutub ölkələrinə göndərir. Biz də elan edirik dedi, vurun deyir; mən də kimi dedim? Əlinizdəki hazır proqramı olan PKK, turistik bölgə, Türk əsgəri, hərbçisi – heç fərq etməz deyir, qardaşım neçə dənə cihadçı istəsən, adam göndərəcək. Möminlərin ürəklərinə su səp qardaşım. İstəsən PKK-nı, istəsən Türkiyəni, istəsən turistik bölgələri vur ki, biz də bir az sevinək … ”

Türkiyə mətbuatı yazır ki, bu yazışmalarda Türkiyənin bir sıra dövlət obyektlərinin, o cümlədən hərbi hissələrin, jandarmeriyaların, hava limanlarının vurulmasına dair təlimatlar əks olunub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300