The Independent : Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir

"The İndependent” qəzetinin redaksiya məqaləsində deyilir ki, İstanbulda Atatürk hava limanına terror basqını bu gün Britaniyanın Avropa İttifaqını tərk etməsindən daha böyük təhlükələrin mövcudluğundan xəbər verir.
Məqalədə deyilir ki, "əgər 1961-ci ildə Türkiyəyə Avropa İttifaqına üzvlük hüququ verilsəydi, bu gün ölkənin vəziyyəti necə olardı” sualı yalnız elmi əhəmiyyətə malik ola bilər.

"Bəlli olan budur ki, Türkiyə bu gün təhlükə çığırında qalmaqda davam edir” – deyilir məqalədə. "The İndependent” yazır ki, bu təhlükə heç də təkcə ölkənin eyni vaxtda həm separatçılıq, həm də terrorla üzləşməsindən doğmur.
Onun vaxtilə çətinliklə döyüşlərdə qazanılmış dünyəviliyi, liberal cəmiyyəti, silahlı islamçıları məmnun edən və getdikcə daha çox avtoritar olan hakimiyyətin təhlükəsi qarşısındadır.

"Yeni somanlılar”

Məqalədə deyilir ki, Türkiyənin öz hava məkanının rəqib Rusiya tərəfindən müdaxiləsinə çılğın reaksiyası da ölkənin vəziyyətinə kömək etməyib. Bir vaxtlar bütün təbəqələrdən olan rusların üzünə açıq kurort sahilləri, bu gün yenidən xortlamış Rusiya imperiyasının övladları üçün əlçatmaz olub.
"The İndependent” yazır ki, çarların və sultanların zamanından bəri ilk dəfə olaraq bu iki ölkə arasında münasibətlər son dərəcə sərindir.
Məqalədə deyilir ki, Türkiyənin İsraillə yenidən yaxınlaşması çətin ki, Türkiyənin daha geniş xarici və diplomatik siyasətinə şəfaverici təsir göstərsin.

"The İndependent” yazır ki, Türkiyə özünün kürd azlığı ilə heç vaxt dil tapa bilməyib və bu gün buna hətta daha az hazırdır. "Özünü və Ədalət və İnkişaf Partiyasını "yeni osmanlılar” kimi təqdim edən Recep Tayyip Erdoğan kürd məsələsinin birdəfəlik həll olunmasını öz sələflərindən daha az arzulayır” – deyilir məqalədə.
Türkiyə regional güc olsa da…

Məqalədə deyilir ki, terror və repressiya zənciri Türkiyənin "İŞİD-lə mübarizəsini əngəlləməkdə davam edir”. "The İndependent” yazır ki, Türkiyə regional güc olsa da, onun ordusu İŞİD-in apardığı assimmetrik müharibəyə pis hazırlıqlıdır.

Məqalədə daha sonra deyilir: "Ola bilsin ki, İŞİD bu yaxınlarda Suriya və İraqda əhəmiyyətli məğlubiyyətlərə düçar olub, lakin o dağılmayıb və belə görünür ki, bu fikirdə deyil.

Əgər cənab Erdoğanın ölkə daxilindəki və Qərbdəki düşmənlərinin prezidentin müəyyən geosiyasi nəticələr üçün İŞİD-dən faydalanmaq üçün istifadə etdiyi barədə dedikləri doğrudursa, onda bu siyasət yazıqcasına iflasa uğrayıb.
İŞİD indi təkcə Türkiyənin Suriya ilə həmsərhəd bölgələrində deyil. İstanbul basqını göstərir ki, İŞİD-ə bağlılıqlarını elan etmiş qrup və fərdlər müharibəni Türkiyənin ürəyinə sanca biliblər”.

Keçmişə xəyanət

"The İndependent” yazır ki, Türkiyə regional güc olsa da, onun ordusu İŞİD-in apardığı assimmetrik müharibəyə pis hazırlıqlıdır.

"The İndenedent” yazır ki, Türkiyənin apardığı repressiya və islamlaşma siyasəti təkcə onun öz keçmişinə xəyanəti deyil, hətta onun bir ölkə kimi varlığını uzun perspektivdə təhlükəyə atan bir siyasətdir. Qəzet daha sonra Ramazan günlərində gənclərin musiqiyə qulaq asıb pivə içdiklərinə görə islamçıların hücumuna məruz qalmış kiçik İstanbul studiyasındakı insidenti yada salır.

"The İndependent” yazır ki, bu kiçik "dözümsüzlük qiyamı” çox güclü simvolizmə malikdir.
Bu balaca kafeyə hücum Türkiyə mədəni həyatının yanlış istiqamətdə dəyişdiyini göstərir.

"Türkiyə bu gün vahimə içindədir. Türkiyə onilliklər ərzində özü və qonşuları ilə sülh içində (Yunanıstanı və Kipr məsələsini çıxmaq şərtilə) yaşayıb və NATO-nun sədaqətli və dəyərli müttəfiqi olub. Ölkə lap bu yaxınlaradək diqqətini iqtisadi və sənaye inkişafına yönəltmişdi. Ölkədə firavanlıq artırdı, azad mətbuat, demokratiya, gənclər üçün çox sayda iş yerləri vardı. İndi bütün bunlar təhlükədədir, ölkənin azad cəmiyyəti bir çox aspektlərdə geri çəkilir” – deyilir məqalədə.

"Türkiyə ona görə təhlükədədir ki, onun hökuməti onu çətin vəziyyətə salıb. Türkiyəni gələcəkdə gözləyə biləcək bəlalardan bizim hamımız qorxmalıyıq” – yazıb "The İndependent”. (BBC Azəri)


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300