lamiye-

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda ömürlük məhbusların bir sıra problemləri müzakirə olunub.

Vəkil Əsəbəli Mustafayev bildirib ki, Qarabağ partizanlarından Məmməd Məmmədovun saxlanma şəraiti çox ağırdır. Bununla bağlı Qobustan həbsxanasına, Ombudsman aparatına dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.

Müdafiə komitəsinin üzvü Müslümat Rzaxanova diqqəti ömürlük məhbus Vüqar Əliyevin məsələsinə cəlb edib. Vüqar Əliyev məşhur "Lamiyə Quliyeva işi” üzrə həbs olunub. Həmin iş ictimailəşdikdən, Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra hamı tezliklə Vüqar Əliyevin də azad olunacağını gözləyirdi.

"Amma gözəgörünməz əl bu gün də onu həbsdə saxlayır, saxlanma şəraiti pisdir, işgəncələrə məruz qalır. Onun bu günlərdə bu haqsızlıqlara etiraz olaraq damarlarını doğraması və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi məlum olub”.

Müdafiə Komitəsinin üzvləri bir sıra digər məsələləri də müzakirə ediblər. Xüsusi olaraq vurğulanıb ki, ömürlük məhbus Natiq Mirzəyev ağır xəstədir, xəstəliyinə uyğun olaraq müalicə almaq imkanından məhrumdur.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300