cərrah Cəfər Quliyevə

İyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüm hadisəsi baş verib

1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da irinli, daşqınlı, öd kisəsinin çürüməsi diaqnozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 3 uşaq anası əməliyyatdan sonra dünyasını dəyişib. Ailə üzvləri Lumu Veyisovanın ölümündə cərrah Cəfər Quliyevi günahlandırır. Onların fikrincə, həkim pasientinin 81 yaşı olmasını əsas gətirərək əməliyyat zamanı əlinin əsməsindən dolayı xəstənin damarını kəsdiyini deyib.

Yaxınları onun çox yaşlı olduğu üçün əməliyyat zamanı xəstənin dmarını kəsdiyini və bu səbəbdən də öldüyünü iddia edirlər.

Maraqlıdır, 81 yaşlı cərrah pensiya yaşı çoxdan tamamlanmasına baxmayaraq dövlət xəstəxanasında necə çalışır?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.azsaytının sorğusuna cavab olaraq bildirib ki, Cəfər Quliyev professional cərrahdır:

"O, "Şöhrət” ordeni almış həkimdir. Əgər şəxsin orden və medalları varsa, istənilən yaşda işləmək imkanları var. Cəfər Quliyev mütəxəssis kimi onun işinə söz ola bilməz”.

S.Əhmədova deyib ki, C.Quliyevin 81 yaşında hələ də işləməsi kadr çatışmazlığından irəli gəlmir:

"O, tanınmış cərrahdır, uzun illər Tibb Universitetində dərs deyib, təcrübi baxımdan professionaldır. Onu işini bilməməkdə, yaxud düzgün icra etməməkdə ittiham əsassızdır”.

Qeyd edək ki, Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300