Müsavatçılar Türkiyə səfirliyini ziyarət etdilər

İstanbuldakı Atatürk hava limanında azı 41 nəfərin həlak olması ilə nəticələnən terror aktları Azərbaycanda da hiddətlə qarşılanıb.

Bü gün Müsavat Partiyasının bir qrup təmsilçisi qardaş ölkənin Bakıdakı səfirliyini ziyarət ediblər.

Tədbirdə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, partiya başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, Divan üzvü Razim Əmiraslanlı, MGT sədri Əbülfəz Sadıxbəyli və partiyanın digər üzvləri iştirak ediblər.

Müsavatçılar səfirliyinin önünə güllər qoyub, terrorda həlak olanların xatirəsini sayğı duruşu ilə yad ediblər.

Gülağa Aslanlı yerli telekanalların Türkiyə səfirliyinin önündə reportaj hazırlayan nümayəndələrinin suallarını cavablandırıb. Gülağa Aslanlı Müsavatın və hər bir vətənpərvər azərbaycanlının bu ağır gündə Türkiyənin yanında olduğunu ifadə edib.

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300