İlham Quliyev dərdlərini deməyə gəlmiş vətəndaşların qarşısında etik olmayan sözlərlə çıxış edib

Saatlıda məmur özbaşınalığı pik həddədir. Artıq vəziyyət o həddə çatıb ki, İcra Hakimiyyətinə şikayətə gələn vətəndaşlarla davranışlarda da xoşagələn hallar yaşanmır. JAM.AZ xəbər verir ki, buna bəznər olay bu yaxınlarda yaşanıb. 
Belə ki, hazırda məzuniyyətdə olan Saatlının icra başçısı Siraqəddin Cabbarovu onun müavini İlham Quliyev əvəz edir. Səlahiyyətləri icra edən sözügedən şəxs İcra Hakimiyyətinə qəbula gələn və ya şikayət üçün üz tutan insanlarla normal şəkildə davranmır. Rayon camaatının JAM.AZ-a verdiyi məlumatda deyilir ki, ötən həftənin sonlarında Saatlı İcra Hakimiyyətinə şikayət edən bir qrup vətəndaş İlham Quliyev tərəfindən qarşılanıb. Onları danışmağa qoymayan müavin heç də etik olmayan ifadələr işlətməklə danışmağa başlayıb. O, «İmişlidən olsaydım sizin canınızı alardım» deyərək, söhbətə başlayıb və xoşagəlməz ifadələr işlətməklə vətəndaşları narazı salıb. 
Camaat bildirir ki, əgər dövlət məmuru rayon ayrı-seçkiliyi ilə yanaşı, davranışlarına diqqət yetirmirsə, bu artıq özbaşınalığın pik həddidir. Onların sözlərinə görə, İlham Quliyevin şikayətçilərin qarşısında söyüşlə çıxış etməsi məmura yaraşmayan hərəkət olmaqla yanaşı, həm də vəzifə səlahiyyətlərindən sut-istifadə, özbaşınalıq və məmurun davranış qaydalarına ziddir. 
JAM.AZ-a verilən məlumatda o da vurğulanır ki, İlham Quliyev gələn şikayətçilərə sonuncu dəfə xəbərdarlıq etdiyini də vurğulayıb. Belə ki, o, bundan sonra şikayətə gələnləri binanın önündə yığışmağa qoymamaqla yanaşı, hamısını qovduracağını, lazım gələrsə həbs etdirəcəyini də deyib. Və tələb edib ki, bir daha heç kim İcra Hakimiyyətinin işçilərini narahat etməsin. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300