ABŞ-ın Nyu-York şəhərinin Con Fitcerald Kennedi (JFK) Hava Limanının terminalında şübhəli qutunun tapılması səbəbindən oradakı insanlar təxliyyə edilib.
Axar.az xəbər verir ki, məlumatı "Air Layv” xəbər portalı yayıb.
Məlumata görə, axtarışlar 5-ci terminalda aparılır.
Vətəndaşların təhlükəsizlik qüvvələrinin köməyi ilə təxliyyə edildiyi bildirilib.