Ankara İŞİD-in hücumundan 20 gün əvvəl xəbərdar idi -
 
İstanbul Atatürk Hava Limanında dünən gecə törədilən terror aktı il əlaqədar detallar ortaya çıxıb.
 
Publika.az xəbər verir ki, CNN Türk kanalının canlı efirində danışan kanalın Ankara nümayəndəsi Hande Firat şok bir iddia ilə çıxış edib.
 
Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı hava limanına İŞİD-in hücumu ola biləcəyi barədə 20 gün əvvəl xəbərdarlıq edib.
 
"Kəşfiyyat İstanbulla əlaqədar iyun ayının əvvəlində, təxminən 20 gün əvvəl dövlətin rəhbərliyinə və bütün təşkilatlara xəbərdarlıq yazısı göndərib. Bu xəbərdarlıqda hücum ediləcək ünvanlar göstərilmişdi”, - Hande Fırat deyib.
 
Həmin ünvanlar arasında Atatürk Hava limanının olub-olmadığı barədə suala isə Firat "bəli” cavabı verib.
 
Qeyd edək ki, son məlumatlara görə, terror aktı nəticəsində 41 insan həlak oldu, 239-u yaralanıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300