Amerikanın "Asoşeyted Press” (AP) xəbər agentliyi İŞİD-in İstanbulda baş vermiş terror aktını öz üzərinə götürdüyünü iddia edib.
AP-nin Türkiyənin yüksək vəzifəli məmuruna istinadən yaydığı xəbərdə hücumu İŞİD-in öz üzərinə götürdüyü bildirilir.
Dünən gecə hadisədən dərhal sonra açıqlama verən baş nazir Binəli Yıldırım da ilkin ehtimallara görə hücumun İŞİD tərəfindən həyata keçirildiyini söyləmişdi.