emblem

 

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının görülən işlər və icraya yönəlik tapşırıqlarla bağlı məlumatı dinlənilib.

Seçkisonrası dövrdə Müsavat Partiyasının namizədlərinin məhkəmə işləri ilə əlaqəli vəziyyət müzakirə edilib. Divan tərəfindən bu prosesin diqqətdə saxlanılması vacib hesab edilib.

Sonra Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Liberal Demokratlar İttifaqının (ALDE) qurultayında iştirakı ilə bağlı məlumat verib. Səfər çərçivəsində Avropanın və post-sovet məkanının tanınmış siyasətçiləri ilə birətəfli və çoxtərəfli görüşlərin keçirilməsi, Müsavat Partiyasının beynəlxalq əlaqələrinin daha da genişlənməsi yüksək qiymətləndirilib.

Divan Suriyada türkmənlər yaşayan ərazilərdə dinc və terrorla heç bir əlaqəsi olmayan günahsız insanlara qarşı həyata keçirilən qətliamın insanlığa qarşı cinayət kimi qiymətləndirib və bu hərbi əməliyyatları qətiyyətlə pisləyib. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən Suriyada dinc əhaliyə, eyni zamanda silahsız türkmənlərə qarşı aparılan soyqırım siyasətilə bağlı susqunluğa son qoymağı tələb edib.

Partiyanın Məclis üzvü, "bastainfo.com” saytının redaktoru Mustafa Hacıbəylinin jurnalist fəaliyyəti və sosial şəbəkədə yazıları ilə əlaqədar polisə çağırılması, ona polisdə xəbərdarlıq edilməsini qanunazidd olduğu vurğulanıb. Hakimiyyətdən siyasi fəallara qarşı sosial şəbəkələrdə fəaliyyətinə görə təqiblərə son qoyulması tələb edilib.(bastainfo.com)

 

uluyol.info



                     
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300