İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. 7 nazir sənədin lehinə, 3-ü isə əleyhinə səs verib.
Sənədin əleyhinə İsrailin müdafiə naziri Aviqdor Liberman, maarif naziri Naftali Bennet və ədliyyə naziri Ayelet Şaked olublar.
Razılaşmaya əsasən, İsrail 2010-cu ildə "Mavi Mərmərə” hadisəsi zamanı düynasını dəyişən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar təzminat ödəyəcək.Həmçinin İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.