Jirinovskidən Türkiyə təklifi - ora istirahətə gedin
 
"Türkiyəylə münasibətlər bərpa edilməlidir". 

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın qalmaqallı siyasətçisi, Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib. Onun sözlərinə görə, türk tərəfi vurulmuş təyyarə üçün kompensasiya ödəməlidir.

"Türkiyəni bağışlamaq lazımdır, qonşudur, Avropa və amerikalılara nifrət edir. Əgər biz cənubu özümüzə doğru çəkməyə çalışsaq - Türkiyə, İran, Suriya və başqalarını, onda ümumiyyətlə bəşəriyyətdə problemlər olmayacaq", - deyə Jirinovski bildirib.

Siyasətçinin fikrincə, gələcəkdə əməkdaşlığın yenilənməsi mümkündür, xüsusən turizm sahəsində.

"Biz hamısını qaytarırıq, Krasnodar, Krım, Kuban. Qoy sakitcə gedib dincəlsinlər. Apreldən oktyabra dörd-beş milyon Türkiyədə dincələcəklər. Bizə sərfəlidir ki, türklər bizə hörmət etsinlər və sevsinlər, həmçinin də biz özümüz".

Bir neçə gün öncə Vladimir Jirinovski Moskva və Ankara arasında münasibətlərin düzəlməsi üçün vasitəçi olmaq istədiyini bildirmişdi. 

Rusiya  mətbuatına müsahibə verən Jirinovski bildirib ki, iki ölkəni barışdıra bilsə, qürur hissi keçirəcək. 

Türkiyə və Rusiya Prezidentləri

Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması üçün ilk addımlar atılır. Ötən gün R.T.Ərdoğan V.Putinə məktub yazıb və təyyarə insidentinə görə təssüfləndiyini deyib. Bundan sonra baş nazir Binali Yıldırım lazım gələrsə ötən ilin noyabrında vurulan qırıcıya görə kompensasiya da ödənilə biləcəyini deyib. 

İki ölkə arasında münasibətlər ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib. Bir sıra iqtisadi sanksiyaların tədbiqi başlayıb. Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırmaq barədə qərar qəbul edib. Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılıb.

Təyyarənin vurulmasından sonra Jirinovski Türkiyənin əleyhinə ən sərt danıçşanlardan biri idi. O, dəfələrlə türk məhsullarının onlara lazım olmadığını deyib. RLDP lideri əlavə edib ki, Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır.

O, hətta İstanbula nüvə bombası belə atmağı təklif etmişdi. "Boğaza bir nüvə bombası atmaq yetərlidir. Bu zərbə dəhşətli daşqına səbəb olacaq. Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq. Orada 9 milyon adam yaşayır". 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300