nurupasanin-nevesi

"Yadınıza salın ki, bu günə qədər məni heç bir tədirinizə dəvət etməmisiniz. Yalnız lütf edib özünüz cavab vermək əvəzinə, üçüncü katibiniz vasitəsilə "ünvanınızı bilmirik” kimi inandırıcı olmayan bəhanələrlə cavab vermisiniz”.

Bu sözləri Türkiyənin hərb naziri olmuş Ənvər Paşanın (1918-ci ildə Bakını erməni işğaılından azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qardaşı) nəvəsi Osman Mayatepek Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovdan incidiyini bildirən məktubunda qeyd edib.

Osman Mayatepek Azərbaycanın Türkiyədəki Səfirliyinin onu tədbirlərə dəvət etmədiyini, etinasız yanaşdığını və müraciətlərinə cavab vermədiyini bildirib.

Nuru Paşanın qardaşı nəvəsi Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovdan şikayətçi olduğunu gizlətməyib.

O, deyib ki, neçə illərdir Azərbaycan səfirindən eyni cür etinasız və laqeyd münasibət qoyur:

"Heç nə dəyişmiş deyil, yenə də heç bir tədbirə dəvət edilmirəm. Tədbirlərə çox da can atan deyiləm. Sadəcə olaraq, böyük elçinin məndən xoşu gəlmir. Bunun səbəbi isə məlum deyil.

Üzücü olan odur ki, Azərbaycanı bağrına basmış Ənvər, Nuru və Xəlil paşaların varisi, nəvəsi kimi səfirin şəxsi istəklərinə görə bütün tədbirlərdən kənarda qalmışam”.

Osman Mayatepek bildirib ki, illər sonra səfirin adı unudulacaq, amma Nuru, Ənvər və Xəlil paşalar Azərbaycan xalqının qəlbində daim yaşayacaq:

"Təsəllim odur ki, 5-10 il sonra həmin səfirin adını belə, yada salan olmayacaq. Amma ulu babalarım olan Nuru, Ənvər və Xəlil paşaların əziz xatirəsi qardaş Azərbaycan xalqının qəlbində və beynində əbədiyyən yaşayacaq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300