kurqan

Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3000 il yaşı olan kurqan aşkarlandığı bildirilir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, professor İlyas Babayevin deyib ki, bu, eramızdan 1000 il əvvəl Qəbələ ərazisində yaşayan qəbilə başçısının kurqanıdır. Kurqan qədim insanların dəfn olunduğu yerdir

Onun diametrinin 35 metr olduğu bildirilir. Kurqanın dəfn kamerasının isə 4 metr daş və 3 metr torpaq qatı altından aşkarlandığı deyilir.

İ.Babayev qeyd edib ki, hələ 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki ədəd xırda kurqan aşkar edilib. Həmin kurqanlar açılanda, oradan böyük dəfinə tapılıb. Alimlər bu dəfinəni analiz edərək, Azərbaycan ərazisində pul sikkələrinin çap olduğunu və yerli xalqların 3000 il əvvəl beynəlxalq ticarətə qoşulduğunu təsdiqləyiblər.

İ.Babayev ərazidə araşdırmaların davam etdiriləcəyini və Azərbaycan tarixi ilə bağlı yeni faktların üzə çıxacağını deyib.

Yeni tapılan tayfa başçısının kurqanını isə Azərbaycan və Koreya arxeoloqlarından ibarət beynəlxalq ekspedisiyanın araşdıracağı bildirilir. (APA)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300