manat1

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,2 mln. manatı və ya 0,004%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Ötən ilin eyni dövründə isə bu göstərici 17,8 mln. manat və ya 0,3% təşkil edib.

Bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma müşahifə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 89,7% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 388,8 mln. manat vəsait yönəldilib, onun 4 591,1 mln. manatı və ya 85,2 %-i məhsul istehsalı obyektləri, 601,5 mln. manatı və ya 11,2%-i xidmət sahələri üzrə obyektlər, 196,2 mln. manatı və ya 3,6%-i isə ümumi sahəsi 554,5 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 22,7%-i dövlət, 77,3%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib. (Report)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300