Elektron poçt ünvanımıza Əmlak Məsələləri Dövlət Komitəsinin Yerqurluşu Lahiyə-Tədqiqat(Salyan rayonu) mərkəzinin 19 saylı idarəsinin rəisi Vüsal Ağabəyovun özbaşınalığı ilə bağlı şikayət məktubu daxil olub. Şikayətçi yazır:


Yerqurluşu Lahiyə-Tədqiqat(Salyan rayonu) mərkəzinin 19 saylı idarəsinin rəisi Vüsal Ağabəyovun özbaşınalığı baş alıb gedir. Bu idarə yaranandan Neftçala vətəndaşları torpaq sahələrinə reystrdən çıxarış almaq üçün Vüsal Ağabəyova 200 manat pul verməlidirlər, əks halda həmən torpağa heç çür katastır vermir.Bəhanə edir ki, 200 manat puldan ona 20 manat pul qalır qalan pullar Kərəm Həsənova çatır.Vətəndaşlar şikayət edəcəyini bildirdikdə sinəsinə döyür ki, mən idarə rəisiyəm, mənim arxamda Kərəm Həsənov dayanıb, hara istəyirsiniz şikayət edin, mən 200 manatı öz başına almıram yuxarıdan mənə göstəriş verilib məndə onu edirəm. Vüsal Ağabəyov bildirir ki, pul verməsəniz torpaqlarınızı örüş yaxud dövlət torpağı kimi icazə vermiyəcəm qeydiyyata alınsın.Ağabəyovun Neftçala camaatına qarşı bu nifrətinin səbəbi nədir bilinmir.
Neftçala sakini Bəhruz Əliyev  yazır ki, vətəndaş 1 aydır həyətyanı sahəsinə katastır sənədi almaq üçün Vüsal Ağabəyova bələdiyyə tərəfindən sənəd verib. Lakin Vüsal Ağabəyov vətəndaşdan pul ala bilmədiyinə görə Neftçala Bələdiyyəsinə bildirir ki, həmən yer örüş torpağıdır. Amma təxminən 20 gün bu arayışı verməmişdən əvvəl,Vüsal müəllim həmən torpağın ətrafında yerləşən sahələrə katastır verib.

Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!

Gələn yazımızda Neftçala sakinlərinin Neftçala rayon Şirvanlı kəndində bələdiyyədən aldıqları həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi üçün Reystiri  Xidmətinin 13 saylı ərazi idarəsində qarşılaşdıqları problemlər barəsində məlumat dərc ediləcək.//Nia.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300