Formula-1 üzrə Avropa Qran-Prisinə yekun vurulub

Formula-1» Avropa Qran-prisi «Mercedes»in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb.Onun ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub.

İkinci yeri «Ferrari»nin pilotu Sebatian Fettel, üçüncü yeri isə isə «Force İndia»nın sürücüsü Serxio Peres tutub.

İyunun 17-də Bakıda «Formula-1» üzrə dünya çempionatının 8-ci Avropa Qran-pri yarışları start götürmüşdü. Qran-prinin birinci günündə «Formula-1» və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunmuşdu.

İyunun 18-də sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçirilmişdi. Nəhayət, bu gün Avropa Qran-pri yarışları və GP2 üzrə 2-ci yürüş gerçəkləşdi.

Azərbaycanda bu yarışlar ard-arda 5 il keçirilməlidir. Əks halda ölkəni 100 milyon dollara yaxın cərimə gözləyir. Gənclər və idman naziri Azad Rəhimov yarışın Azərbaycana təxminən 100 milyon manata başa gəldiyini desə də, bəzi ekspertlər bu rəqəmin, əslində, 3-4 yüz milyon manata çatdığını iddia edirlər.

Müxalifət qüvvələri bayan edirdilər ki, bu pullar ölkədə sosial-iqtisadi problemlərə yönəldilməli idi. Ancaq hakimiyyət təmsilçiləri düşünür ki, belə beynəlxalq idman yarışları Azərbaycanın dünyada nüfuzunu artırır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300