Hüquq müdafiəçisinin anası prezidentə əfv müraciəti etdi
 
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova prezident İlham Əliyevə əfv müraciəti ünvanlayıb. 

Müraciətdə deyilir: 

- Cənab prezident İlham Əliyev!

Mən, hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası və bu ölkənin sadə vətəndaşıyam. Xatırladım ki, oğlum Taleh bəzi məmurların sifarişi əsasında CM-in 221.2-ci (xuliqanlıq, təkrarən törədildikdə) maddəsi ilə həbsdədir. Mən və  Göyçay rayon ağsaqqallarından 350 əlli nəfəri Taleh Xasməmmədovun günahsız olması barəsində Sizə mətbuat vasitəsi ilə  müraciət etmişik. Cənab Prezident, Talehi həbs etdirən məmurlar Sizin apardığınız siyasi iradəyə zidd hərəkət etməklə yanaşı, ölkəmizin nüfuzuna dünya arenasında ziyan vuran şəxslərdir. Mən Sizi əmin edirəm ki, oğlum tam günahsızdır və o, bəzi yerli məmurlar tərəfindən şərlənərək həbs edilib. Oğlum Taleh xalqını, ölkəsini sevən bir insandır. Heç zaman dövlət və dövlətçilik əlehinə olmamışdır və bir ana kimi mən buna yol vermərəm. 
Talehin səhhətində ciddi problemlər var. Həkim müayinəsi zamanı onun yaşamasına əngəl olan xəstəlikləri təsdiqlənib, əgər Taleh həkim nəzarəti altında olmasa biz onu fiziki olaraq itirə bilərik.

Cənab İlham Əliyev, bir ana kimi, oğlumun xəstəliyini, onun iki azyaşlı qızlarını və ailəmizin düşdüyü çətinliyi nəzərə almanızı və Taleh Xasməmmədovu əfv etmənizi Sizdən xahiş edirəm. Ümid edirəm ki, bir ananın, iki azyaşlı nəvələrimin  xahişini eşidib ailəmizi sevindirəcəksiniz. Öncədən Sizə təşəkkür edirəm.

M.MAHRIZLI

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300