Torpaq sürüşməsi 24 can aldı

 

Hazırda xilas edicilər 26 nəfərin axtarışı və xilas edilməsi istiqamətində işlər görür 


 

İndoneziyanın Yava adasından baş verən torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub 26 nəfər itkin düşüb. 

 Hazırda xilas edicilər 26 nəfərin axtarışı və xilas edilməsi istiqamətində işlər görür.

Artıq bir neçə gündür davam edən güclü yağışlar nəticəsində bölgədə minlərlə ev su altında qalıb. Hökumət əhalini  ərazidən evakuasiya edib.
Əhali sel sularından xilas olmaq üçün evlərin damına çıxıb. Kəndlərin birində 5 nəfər baş verən sürüşmə nəticəsində evlə birlikdə torpağın altında qalıb.

Başqa bir rayonda isə 9 nəfər sakin yolları palçıq və qaya parçalarından təmizləyərkən torpaq sürüşməsinin qurbanı olub.

İndoneziyada torpaq sürüşməsi tez-tez baş verir. Bu ilin mayında ölkənin qərbində yerləşən istirahət mərkəzinə tətili keçirmək üçün gələn 15 tələbə çadırları ilə bərabər torpağn altında qalaraq həlak olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300