Neftçalada İsmayıl Vəliyev özbaşınalığı
 
İcra başçısı sahibkara təzyiq edir: "Ya imzadan imtina et, ya da restoranını bağla"

Neftçalada İsmayıl Vəliyevlə sahibkarlar arasında gərginlik günü-günədən artır. 

Bir neçə gün əvvəl Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, vergilər naziri Fazil Məmmədova, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıblar. Həmin müraciətə imza atanlardan biri olan sahibkar Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina edib. 

Uluyol.info anaxeber.az-a istinadən xəbər verir ki, imtinaya səbəb isə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sahibkara birbaşa təzyiqi ilə nəticələnib. Məlumatda bildirilir ki, İsmayıl Vəliyev "Məkan" restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı imzadan imtina edəcək, ya da restoranını bağlayıb, gedib evində oturacaq. Təbii ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı imzadan imtina edib. 

Neftçaladakı mənbəmizdən aldığımız məlumatda bildirilir ki, İsmayıl Vəliyev müraciətə imza atan digər sahibkarlara da təzyiqlər edir. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300