28  may Respublika Günü Rəsulzadənin Novxanı kəndində anım tədbiri keçirilən zaman bir qrup müsavatçı mahnı sədaları altında rəqs edib. Səsləndirilən mahnıda eks prezident Heydər Əliyevi öyən kəlmələr olması sosial şəbəkələrdə ciddi müzakirə olunmağa başlayıb. 

Müsavat başqanının müavini, keçmiş siyasi məhbus Yadigar Sadıqov açıqlamasında bildirdi ki, baş verənlər texniki xəta olub:

"Partiyamız həmin tədbirdə texniki nöqsana yol verib. Tədbir zamanı rəsmi çıxışlardan əlavə mahnı sədaları altında və rəqslə keçirmək qərara alınıb. Bu zaman səsgücləndirici aparat sifariş edilən şəxsə həm də vətənpərvərlik mahnıları yazmaq tapşırılıb. Belə mahnılardan birində Heydər Əliyev tərənnüm edilib. Bunu fürsət bilən bəzi Müsavat bədxahlarının əlinə bəhanə düşüb. Lakin onlarla işim yoxdur. Zatən fürsətcillik fərasətçilik deyil.. Gələcəkdə belə halların olmaması üçün pleylisti özümüzün hazırlayacağımızı və ciddi şəkildə yoxlayacağımızı vəd edirik. 
Bu texniki xətanın sosial şəbəkələrdə bu formada müzakirə olunmağına gəlincə sosial şəbəkə istifadəçilərinin zövqünə, marağına uyğun istənilən mövzu müzakirə predmeti olə bilər. Bu hadisənin marağa səbəb olması, eləcə də bəziləri tərəfindən Müsavat əleyhinə hücumlara rəvac verməsi tamamilə gözləniləndir. Sadəcə, mənə elə gəlir ki, düşmənçiliyi də, rəqabəti də, bədxahlığı da ağılla aparmaq lazımdır. Texniki bir olayı satqınlıq sübutu kimi qələmə verənlər özlərini kiçik düşürürlər. Inandırmaq istədikləri adamlarda əks-effektə nail olurlar”.(moderator)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300