İyunun 10-da BMT Təhlükəsizlik Şurasında sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib. Tədbirdə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi də iştirak edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müzakirələrdə BMT-nin baş katibi Pan Gi Mun və BMT üzv dövlətlərinin nümayəndələri mövzu üzrə çıxış ediblər.

Azərbaycan tərəfi müzakirələr əsnasında hərbi münaqişələr zamanı mülki şəxslərin qəsdən hədəf alınmasının ciddi narahatlıq doğuran məqam olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının mülki Azərbaycan əhalisinə qarşı qəsdən hücumların edilməsi, onların qətlə yetirilməsi, etnik təmizləmə məruz qoyulması, qaçqın və məcburi köşkün vəziyyətinə düşməsi kimi hallarla müşayiət olunduğu qeyd olunaraq, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə bu qeyri-qanuni əməllərin öz əksini tapdığı vurğulanıb.

Azərbaycan nümayəndəsi soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun mülki şəxs olaraq işğal olunmuş Kəlbəcər rayonunda öz valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, onlar üzərində qurama məhkəmə təşkil edildiyini diqqətə çatdıraraq, bu şəxslərin girovluqdan azad edilməsini təmin etmək üçün BMT TŞ-nin tribunası vasitəsilə bütün müvafiq beynəlxalq qurumlara bir daha müraciət edilib.

Çıxış əsnasında bu ilin aprel ayının əvvəllərində ağır artilleriya və iriçaplı silahlardan istifadə edən Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx yaşayan mülki Azərbaycan əhalisini şiddətli atəşə tutması və nəticədə ikisi uşaq olmaqla 6 mülki şəxsin həlak olması, 33 nəfərin yaralanması, evlər, məktəblər, uşaq bağçaları, həyati əhəmiyyətli mülki obyektlər olmaqla, yüzlərlə mülki obyektə ciddi ziyan vurulduğu barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı həyata keçirilən bu əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə eynilik təşkil edir. Həmçinin, Ermənistanın indiki və sabiq rəsmilərinin Azərbaycanı "çirkli bomba” ilə hədələməsi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300