21 noyabrda AXCP Ali Məclisinin sədri Həsən Kərimov Dədə Qorqud qəsəbəsində yerləşən qəbristanlıqda övladlarının yanında dəfn edilib. Dəfn mərasimində siyasi liderlər, vətəndaş cəmiyyətinin fəalları iştirak ediblər. 
Həsən Kərimov ötən gün ürək tutmasından vəfat edib. 
O, 1954-cü il mayın 28-də Qazax rayonunun Köçəsgər kəndində anadan olub. H.Kərimov milli azadlıq hərəkatının öncül şəxslərindəndir.
Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub. Sonrakı illərdə AXCP təşkilat şöbəsinin müdiri, partiya sədrinin müavini postlarını tutub, 2009-cu ildə AXCP Ali Məclisinin sədri seçilib.(meydan.tv)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300