Elxan Əliyev Mətləb Xudaquliyevdən iki uşağı üçün 2200 manat pul tələb edib 

7 saylı Yevlax İmtahan Qeydiyyat İdarəsinin rəisi Elxan Əliyevlə bağlı şikayətlərin ardı-arası kəsilmir. JAM.AZ xəbər verir ki, Əliyevdən şikayətçi düşənlərdən biri də Yevlax rayon sakini Mətləb Xudaquliyevdir. 

O yazır ki, aprelin 7-də sürücülük vəsiqəsi almaq üçün 7 saylı Yevlax İmtahan Qeydiyyat İdarəsində olub. Ora getdiyində qızları üçün imtahan verərək, sürücülük vəsiqəsi almaq istədiyini bildirib. Cavabında isə deyiblər ki, bui şlə birbaşa idarənin rəisi Elxan Əliyev məşğul olur. «Elxan Əliyevə yaxınlaşıb övladlarıma sürücülük vəsiqəsi almaq istədiyimi bildirdim. Elxan Əliyev dedi ki, onun üçün ali təhsilli və ya çobanın heç bir fərqi yoxdur. Onun sözlərinə görə, konkret qiymət var və sürücülük vəsiqəsi 1200 manatdır. Daha sonra isə bildirdi ki, mənim iki qızım sürücülük vəsiqəsi istədiyi üçün hər uşaq üçün 100 manat keçə bilər».

JAM.AZ-a yazan Mətləb Xudaquliyev bildirir ki, idarə rəisinin dediklərinə əhəmiyyət verməyib. Qanuni olaraq rüsumu köçürərək, uşaqlarını imtahana salıb. «Uşaqlarım imtahanda iştirak etsələr də, Rəfayel adlı müəllim bildirdi ki, onlar keçməyiblər. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə zəng etdim. Ardından isə aprelin 15də baş prokuror Zakir Qaralovun Ucara gələcəyini öyrənib, qəbuluna yazıldım. Amma məni qəbula buraxmadılar». 
Xudaquliyev şansını DİN rəhbəri Ramil Usubovun iyunun 2-də Bərdədə keçirəcəyi görüşə bağlayıb. Bununla əlaqədar olaraq Bərdə rayon Polis Şöbəsinə müraciət edib. Oradan polkovnik Ağakişi müəllim onu qəbul edərək, söhbət edib. «Mənə bildirdi ki, Elxan Əliyev çox arxalı adamdır və ona heç nə etmək mümkün deyil. Tövsiyyə etdi ki, qaçqın adamam, gedib başımı aşağı salıb dolanıb. Onun da sözünə baxmayıb, iyunun 2-də görüşə gəldim. Məlum oldu ki, adımı siyahıya salmayıblar». 

 Yevlax sakininə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov elektron formada məktub ünvanlayıb. Orada qeyd edilir ki, 161 xidmətinə etdiyi müraciətlə bağlı araşdırma aparıblar. Lakin heç bir qeyri-qanuni hal aşkarlamayıblar. 
Mətləb Xudaquliyev sonda bildirir ki, üzləşdiyi problemlə əlaqədar media və rəsmi qurumlardan yardım istəyir. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300