Jane Buchananın

"Formula 1 rəhbərliyi Azərbaycanda "Qran Pri” yarışına start verməzdən əvvəl insan haqları prinsiplərinə sadiq olduğunu göstərmək və adının çirkin repressiyalarla bir yerdə çəkilməməsi üçün Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı səsini qaldırmalıdır”.

Human Rights Watch insan haqları təşkilatından Jane Buchananın iyunun 17-də yaydığı bəyanatda belə deyilir.

Sənəddə qeyd edilir ki, Formula 1 açıq şəkildə bütün dünya üzrə fəaliyyətində beynəlxalq insan haqlarına sadiqliyini vəd edib.

Amma qurumun rəhbərlərindən biri Bernie Ecclestone heyrətamiz şəkildə Azərbaycanda insan haqları məsələsində vicdalarının "100 faiz təmiz” olduğunu deyib.

Bəyanatda qeyd edilir ki, Human Rights Watch və Hüquqlar Uğrunda İdman Koalisiyası Formula 1 rəhbərliyi ilə görüşüb və onu bu vədinə əməl etməyə çağırıb.

Bəyanatda qeyd edilir ki, ikinci ildir ki, öz vətəndaşlarına qarşı amansız represiyalar fonunda Azərbaycanda beynəlxalq idman tədbirləri keçirilir.

2014-cü ildən hakimiyyət onlarla jurnalist, hüquqşünas, hüquq müdafiəçisi və siyasi fəalı fəaliyyətinə görə saxta ittihamlarla həbsə atıb.

Sənəddə deyilir ki, hərçənd jurnalist Xədicə İsmayıl da daxil olmaqla bir sıra fəal son aylar azadlığa buraxılsalar da bir çoxları hələ də həbsdədir və həbslər davam edir.

Bundan başqa azadlığa çıxanlardan bəzilərinin fəaliyyətinə, ölkədən çıxmamaq da daxil olmaqla məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, Human Rights Watch təşkilatı ilə Hüquqlar Uğrunda İdman Koalisiyası bundan əvvəl də eyni bəyanatla çıxış ediblər.

Hüquqlar Uğrunda İdman Koalisiyası özündə beynəlxalq insan haqları qruplarını birləşdirir, Azərbaycanda insan haqlarının durumuna diqqət çəkmək məqsədilə yaradılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300