ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu —

Son günlər ANS telekanalında baş verənlər, işçilərin şirkəti tərk etməsi və digər narazılıqlar dramatik həddə çatıb. Narazılıqlar telekanalın aparıcı xanım əməkdaşı ilə vitse-pezident Seyfulla Mustafayevlə dava ilə sona çatıb.

Dünən Ləman Ələşrəfqızı özünün "Fecebook" hesabında əslində baş verənlərə işarə vurmuşdu: "20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".

L.Ələşrəfqızı statusunda şirkətdə baş verənləri açıq yazmasa da,criminal.az-a xanım jurnalistin ANS-i tərk etməsinin səbəbi ilə bağlı maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, dünən L.Ələşrəfqızı ilə S.Mustafayev arasında xoşagəlməz anlar yaşanıb. Bakı Film kinostudiyası üçün filmlə bağlı Ləman Ələşrəfqızı çəkiliş edib. Bir neçə nəfərdən müsahibə almalı olduğu halda tək müsahiblə kifayətlənib. Bu isə S.Mustafayevin qəzəbinə səbəb olub. 'Sən saçkavatlıq edirsən, havayı yeyənsən, burnundan gəlsin sənə verdiyim pullar' deməsi L.Ələşrəfqızını özündən çıxarıb.

Məlumata görə, onlar bir-birinə əl-qol da atıb. Dava o həddə çatıb ki, hətta polis çağırmaq istəyiblər. Lakin sonda şirkətin mühafizəçiləri aranı sakitləşdirə bilib.

Baş verənlərlə bağlı nə şirkətin, nə də jurnalistin mövqeyini öyrənmək mümkün olmadı.

Qeyd edək ki, son günlər Tünzalə Rafiqqızı, L.Ələşrəfqızı, Natiq Nailəoğlu, Kəmalə Əlisgəndərqızı ANS-i tərk edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300