Venesuelada repressiyalar başlayır

Venesuela prezidenti Nikolas Maduro ölkədə ağır iqtisadi vəziyyətə etiraz edənlərin 20 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib.

Ölkə .az xəbər verir ki, getdikcə kəskinləşən sosial-iqtisadi vəziyyət Venesuelada ərzaq çatışmazlığına gətirib çıxarıb və artıq aclıq çəkən şəxslər ölkənin bir çox şəhərlərində küçələrə çıxaraq hökumətdən tədbirlər görməyi tələb ediblər.

Ölkənin paytaxtında polis və ordunun amansız davranışları nəticəsində aksiyaları yatırmaq mümkün olsa da bir çox əyalət şəhərlərində etirazçılarla polis arasında ciddi toqquşmalar olub.

İğtişaşların ən ciddi olduğu Kumana şəhərində isə yüzlərlə etirazçı polis tərəfindən həbs edilib.

Həbs edilənlərin məhkəmə prosesini şərh edən Venesuela prezidenti Maduro onlara ən ağır cəzanın, 20 il həbs cəzasının verilməsini tələb edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300