Aprel döyüşləri zamanı Azərbaycanın işğal olunmuş ərazilərinin bir qismini tərk edən sadə ermənilər geri qayıtmayıb.

 

 Ermənistanın "Aykakan jamanak” qəzeti insanların əksəriyyətinin İrəvana və xarici ölkələrə getdiyini yazıb.


Əhalinin müəyyən hissəsi isə işğal olunmuş Şuşa və Xankəndində yerləşib. Hökumət nümayəndələri nə qədər məcbur etsə də, əhali geri qayıtmaqdan imtina edir.

 

"Onlara çoxlu vəd verirlər, hətta kompensasiya ödəyəcəklərini deyirlər, bir də müharibənin olmayacağını bildirirlər. Hökumət istəyir ki, insanlar qayıdıb kənd təsərrüfatı ilə məşğul olsun. Lakin bütün vədlərə rəğmən gedənlər qayıtmaqdan imtina edir. Hökumət nümayəndələri sonuncu dəfə Şuşaya yerləşmiş əhali ilə görüşüb. Onlar da geri qayıtmaqdan imtina ediblər”, - deyə qəzet yazıb.

 

Qəzet qeyd edib ki, hökumət nümayəndələri əhalini geri qaytarmaq üçün hədə-qorxu variantına da əl atır. Lakin hər şeyə rəğmən, heç kim qayıtmaq istəmir.(publika.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300