"Eldar Mahmudov həyatdadı ya yox, deyə bilmərəm. Amma onun öıüm xəbərinin yayılması çox təbiidi”. Bu sözləri özünün feysbuk səhifəsində Müsavat başqanı Arif Hacılı yazıb.
"Sanki ölkədə baş verənlər bir tamaşadı, filmdi. Bəlkə də əksəriyyət ölkədə baş verənlərə film kimi yanaşır. Öz rolunu isə tamaşaçı olaraq görür. Detektiv film janrına uyğun olaraq indi Eldar Mahmudovun ölməsinin tam zamanıdı”, – Arif Hacılı yazıb.
Qeyd edək ki, bu gün bir sıra media orqanlarında və sosial şəbəkələrdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb.
bastainfo.com