milyoncular-klubu-baki

Vətəndaşlar ehtiyac üzündən intihar edir, hakimiyyət isə bahalı əyləncələr düzənləyir

İyunun 17-dən Bakıda milyonçular gecəsi keçirilməyə başlanır. Mərasimdə şou-biznes nümayəndələri vəmüxtəlif sahələrdə tanınmış simalar iştirak edəcək. Dünyanın dörd bir tərəfindən xüsusi incəliklə seçilmiş ən cəzibədar 20 model – "Billionaire Girls” da tədbirin iştirakçısı olacaqlar.

Mərasimin DC-yi dünyaca məşhur Maqnum olacaq. Tədbirin iştirakçıları arasında məşhur iş adamları, dünya ulduzları, "Formula 1” pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkün olacaq.

Kübar cəmiyyətin əyləncəsi 3 gün davam edəcək. Təşkilatçıların sözlərinə görə, artıq bütün masalar rezerv olunub. Bir masanın qiyməti azı 2 min dollardır: "Bu mərasimin Formula 1-ə aidiyyəti yoxdur. Onun üçün də yarışa bileti olan adam tədbirə qatıla bilməz. Bizdə ancaq masa almaq olar. Qiymət 2 min dollardan 10 min dollara qədərdir”.

Milyonçuların gecəsində ulduz futbolçu Kriştiano Ronaldonun eks sevgilisi məşhur model İrina Şeyk də olacaq. Milyonçular klubu Formula 1 komandalarından "Benetton” və "Renault” şirkətlərinə rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub (ANS Press).

Azərbaycanda sosial vəziyyətin ağır olduğu, hər gün ehtiyac üzündən intiharların baş verdiyi vaxtda belə bir tədbirin keçirilməsi sosial şəbəkələrdə ciddi etiraza səbəb olub. Sosial şəbəkə istifadəçiləri bunu Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı təhqiri kimi qiymətləndiriblər.

Bu tədbirin məmurlar üçün keçirildiyi bildirilir. Hər halda girişi 2 min dollardan başlayan bu tədbirə yalnız məmurlar və onların övladları qatıla bilər. Azərbaycanın milyonçuları məhz büdcəni talayan məmurlardır.

Onsuz da ölkədə "Formula 1″ yarışının keçirilməsinə ciddi etiraz var. Vətəndaşlar haqlı olaraq sosial vəziyyətin ağır olduğu bir dönəmdə miylonların ”Formula 1″ kimi Azərbaycan üçün lazımsız tədbirlərə xərclənməsindən narazılıq edirlər. Indi də ölkədəyoxsulluğun səviyyəsi 40-45 faiz təşkil etdiyi halda Bakıda milyonçular gecəsi keçirilir. Görünür, hakimiyyət ölkə vətəndaşların problemlərini düşünmək belə istəmir.(azadliq.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300