erkin_qedirli

"Bu səhər Türkiyəyə istirahətə gedəcəkdim. Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim və xarici pasportuma çıxışa icazə verən möhür vurulmuşdu. Amma sərhədi keçdiyim an məni dayandırdılar.

Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən "Ləğv olundu” vurdular və məni geri qaytardılar”.

Bu barədə REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli özü məlumat verib.

 bildirib ki, ölkədən çıxış qadağasının kim tərəfindən və nəyə görə qoyulduğunu öyrənmək istəsə də cəhdi baş tutmayıb:

"Qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilmədim. Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanları ilə problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb.

Sərhədçilərdən biri, qadağanın "mənim xariclə əlaqələrimə görə” kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gümanı söylədi”.

Erkinli Qədirli bu cür qadağanın Qanun nəşriyyatındakı polislərin axtarışı ilə əlaqələndirib:

"Görünür, bu qadağa "Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş REAL-ın flayerləriylə bağlıdır. Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş.

AZAL-ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim”.

REAL üzvü daha sonra bildirib ki, ölkədən çıxması ilə bağlı qadağaya görə bu gün polisə də çağırılıb:
"Məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar. İndicə oradan qayıtdım. Mənimlə nəzakətlə davrandılar, üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib.

Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığı ilə anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”-deyə Erkin Qədirli əlavə edib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300