ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovson günlər telekanalın bəzi tanınmış simalarının televiziya ilə yollarını ayırması məsələsinə münasibət bildirib.

 Oxu.az-a müsahibə verən telekanal rəsmisindən ilk növbədə əməkdar jurnalist Ləman Ələşrəfqızının telekanalı hansı səbəbdən tərk etməsinə aydınlıq gətirməyini xahiş etdik.

"Ləman hörmətli jurnanilstimizdir. Dünən bir əməkdaşımızla mübahisə edərək ağlayıb. Deyib ki, işdən çıxıram. Baş redaktorumuz isə onu sakitləşdirərək hər şeyi yoluna qoymağa çalışıb. Lakin Ləman bir neçə gün evdə olacağını, işə gəlməyəcəyini bildirib.

Ləman ilə işimiz yoxdur. O, yeganə adamdır ki, ötən il səlahiyyətli qurumlardan ona "əməkdar jurnalist” adını verməyi xahiş etmişik. Pis etməmişik ki?!

İndi kiminləsə dalaşıb, özündən çıxıb, sosial şəbəkədə o cür yazı yazıb, özü bilər.

Amma Ləman Ələşrəfqızı nə zaman geri qayıtsa, onu qəbul etməyə hazırıq”,-deyə Məmmədov açıqlama verib.

O, həmçinin telekanalın digər əməkdaşları – aparıcılar Kəmalə Əlisgəndərqızı, Natiq Nailəoğlu və Tünzalə Rafiqqızının da ANS-i tərk etmələri ilə bağlı danışıb.

Mais Məmmədovun sözlərinə görə, Kəmalə Əlisgəndərqızı öz istəyi ilə telekanaldan ayrılıb:

"Ona dedik ki, müxbir çatışmır, sən işlə. Bizə söylədi ki, "mən müxbir işləmək istəmirəm, aparıcı olmaq istəyirəm”.

Qudurublar, hamısı aparıcı olmaq istəyir. Bu, yaxşı hərəkət deyil. Sabah biz küçədə görüşəndə necə salam verəcəklər?”.

Mais Məmmədov sonda Natiq Nailəoğlu ilə Tünzalə Rafiqqızının işdən konkret hansı səbədən uzaqlaşmaları barədə dəqiq məlumatı olmadığını vurğulayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300