rufet-seferov-istefa-veren-mustentiq

Keçmiş müstəntiq, siyasi bəyanatla tutduğu vəzifədən istefa verən, bundan sonra prokurorluq orqanlarından xaric edilib repressiyaya məruz qalan, hazırda ev dustaqlığında olan Rüfət Səfərov yenidən istintaqa çağırılıb. Bu barədə o feysbukda məlumat paylaşıb.

"Az öncə Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov bu gün saat 17-00-da istintaqa dəvət etdi. Yeddi aydır ki, ibtidai istintaq davam edir. Əsassız surətdə ibtidai istintaqın, alternativ qətimkan tədbiri olaraq ev dustaqlığının müddət uzadılır, hərçənd ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır. Bu, məni narahat etmir, çünki ciddi və açıq addımı atmamışdan qabaq yaxın, orta və uzaq perspektivdə nələrin gözlədiyini hesablamışdım. Yeganə narahatçılığım ondan ibarətdir ki, mənə görə xəstə ailə üzvlərim, xüsusilə, 82 yaşlı sevgili nənəm repressiya maşınının təkərləri altında haldan-hala düşür. Hər şeyə rəğmən fikir və görüşlərimdə qərarlıyam!”, – deyə keçmiş müstəntiq yazıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300