ob1
"The Guardian” yazır ki, Barak Obama ABŞ prezidentliyinə ehtimal olunan respublikaçı namizəd Donald Trampı indiyədək ən kəskin tənqid atəşinə tutub.
Obama Trampın Orlando qətliamına reaksiyasını "Amerika dəyərlərinə xəyanət” adlandırıb.
 
Qeyd edək ki, Donald Tramp Orlando qırğını üçün bütün müsəlmanların məsuliyyət daşıdığını bəyan etmişdi.
 
Barak Obama Donald Trampın "təhlükəli zehniyyəti” barədə xəbərdarlıq edərək deyib ki, namizədin çıxışları "Amerika demokratiyasının təbiəti üçün təhlükə təşkil edir”.
 
"İndi bizə ehtimal olunan respublikaçı namizəd təklif verir ki, bütün müsəlmanların Amerikaya mühacirət etməsinə qadağan qoyaq… O deyir ki, zorakılıqda bütöv bir dini icmanın əli var. Belə münasibət bizi harayadək apara bilər? Orlando qatili, San Bernardino qatillərindən biri, Fort Hodd qatili – onların hamısı ABŞ vətəndaşları olublar. İndi deyirsiniz biz bütün Amerika müsəlmanları ilə fərqli rəftar edək? Onların hamısını müşahidə altına alaq?”, – deyib Obama, –
 
"The Guardian” yazır ki, Obama Orlando qatilinin "İslam təliminin internetdən alınmış və təhrif olunmuş informasiyası ilə radikallaşdığını” desə də, bundan bir qədər də irəli gedərək "Trampın özünü real təhlükə” adlandırıb.
 
"Biz əvvəllər tariximizin belə məqamlarından keçmişik. O zaman biz qorxumuzdan çıxış edərək davranırdıq və sonra peşman olmuşduq. Biz o vaxt görmüşdük ki, hökumətimiz öz vətəndaşlarımıza inanmır və sonralar bu, bizim tariximizin xəcalətli hissəsinə çevrildi”, – – deyə prezident "Makkartizm” dövrünü xatırladıb.
 
"Bu ölkə din azadlığı üzərində qurulub. Biz burda adamları din sınağına çəkmirik. Biz bu dəyərlərdən əl çəksək, onda müdafiə etməyə çalışdığımız şeylərə xəyanət etmiş olarıq. Mən bunun baş verməsinə yol verməyəcəyəm” – deyib Obama.
 
ABŞ prezidenti bildirib ki, müsəlmanlara Trampın təklif etdiyi yanaşma, "nə İŞİD-i daha az təhlükəli edəcək, nə də müttəfiqlərin sayını artıracaq”.
 
"The Guardian” yazır ki, "radikal İslam ekstremizmi” Vaşinqtonda illər boyu siyasi debatların mərkəzində olub. Respublikaçılar bu termindən istifadə etmədiyinə görə Barak Obamanın "zəifliyini” həmişə tənqid ediblər.
 
Bu cür münasibətdən hiddətini gizlədə bilməyən Obama deyib ki, onun bu ifadədən çəkinməsinin siyasi korrektliklə heç bir əlaqəsi yoxdur, lakin "ekstermizmin məğlub edilməsi” ilə bütün mənalarda əlaqəsi var.
 
Prezident deyib ki, bütün müsəlmanların mənfiliklərlə təqdim edilməsi yalnız terrorçuların işinə yarayar və onların "Amerika müsəlmanlara nifrət edir” ritorikasının isbatına kömək edər.
 
"The Guardian” yazır ki, Obamadan əvvəlki prezident Corc Buş da 11 sentyabr terrorunun ardınca belə bir mövqe tutmuşdu. Amma o faciədən 6 gün sonra məscidə yollanmış və orada "İslamın sülh demək olduğunu” bəyan etmişdi.
 
Obama respublikaçıları Trampın "qorxulu zehniyyətindən aralı durmağa” çağırıb.
 
ABŞ prezidenti bu çıxışında da Amerikada silahlar üzərinə nəzarət qoyulmasının zəruriliyindən danışıb.
 
O deyib ki, "Orlando, San Bernardino kimi qətliamların qarşısının alınmasında polsilərə kömək etməyi arzulayırıqsa, bu qətliamları törədənlərin əlinə silah keçməsinin qarşısını almalıyıq”.
 
Obama bəyan edib ki, silahlara nəzarət hər bir faciənin qarşıasını almasa da, məntiqlə yanaşılsa, onların sayını azalda bilər.
 
ABŞ prezidenti deyib ki, "Trampın mülahizələri onun ali baş komandanlıq üçün yararsız adam olduğunu göstərir”. (bbc azəri)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300