Həmməruzəçilər müxalifətlə görüşdülər

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Bakıda səfərdə olan həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak bu gün müxalifət təmsilçiləri ilə görüşüblər.

Görüşdə Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və Liberal partiyanın təmsilçisi qismində Əvəz Temirxan iştirak ediblər.

Görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar, Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub.

Həmməruzəçilər bu gün həmçinin yenicə həbsdən çıxmış siyasi məhbusların bir qrupu ilə görüşüblər. Bu haqda "Basta”ya Müsavat başqanının müavini Yadigar Sadıqov məlumat verib.

Bu görüşdə keçmiş vicdan məhbuslarından Yadigar Sadıqov, Hilal Məmmədov, Rəşad Həsənov, Sirac Kərimli, Rəsul Cəfərov və İntiqam Əliyev iştirak ediblər.

Yadigar Sadıqov müzakirələrdə özünün aşağıdakı dörd məsələyə toxunduğunu bildirib:

– dini görüşlərinə görə həbs olunanlar;

– cəzaçəkmə müəssisələrindəki şərait;

– vicdan məhbuslarının şikayətinə Avropa məhkəməsində daha tez baxılması;

– Azərbaycanda yaşayan qeyri-türk xalqların dilində AzTV və ya ITV-da verilişlərin hazırlanması.

Qeyd edək ki, Avropa Şurasının həmməruzəçiləri bundan öncə ölkə başçısı İlham Əliyevlə, eləcə də yerli hüquq-müdafiəçilərinin bir qrupu ilə görüşüblər.

Mustafa Hacıbəyli, Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300