bagdadi

ABŞ İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsini təsdiq edə bilməz. Bu barədə ABŞ qoşunlarının İraqda və Suriyada iştirak edən antiterror əməliyyatları qrupunun rəsmisi, polkovnik Kristofer Harver məlumat verib.

Bağdaddan telekörpü vasitəsilə Pentaqonun mətbuat mərkəzində toplaşan jurnalistlər üçün brifinq keçirən polkovnik qeyd edib ki, mətbuatın bu haqda yazdıqları həqiqəti əks etdirmir.

"Biz məlumatı təsdiqləyə bilmərik. Mətbuat bu əməliyyat barədə qeyri-dəqiq məlumatlar yayır. Biz bu gün Rakkaya hava zərbələri endirməmişik. Bununla belə, İŞİD-ə qarşı müharibə davam edir, onun başçılarına hücüm edəcəyik” – deyə o bildirib.

Qeyd edək ki, ərəb internet portalı "Elaf” öz mənbələrinin məlumatlarına əsasən ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının hava zərbələri nəticəsində İŞİD liderinin Suriya ərazisində məhv edilməsi haqda xəbər yayıb. Digər media orqanları da iddia edir ki, əl-Bağdadi antiterror koalisiyasının havadan endirilən zərbəsi nəticəsində Rakka şəhəri yaxınlığında öldürülüb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300