lavrov1

Fransanın Moskvadakı səfiri Avropa Çempionatında "Rusiya azarkeşlərinə qarşı polis diskriminasiyasına görə” Xarici İşlər Nazirliyinə dəvət edilib.

"Antirusiya hisslərinin bundan sonra da alovlandırılması…Rusiya-Fransa münasibətləri sahəsində ab-havanı əhəmiyyətli dərəcədə gərginləşdirə bilər” – deyilir nazirliyin səfirə təqdim etdiyi notada.

Fransada Rusiya azarkeşləri həbs və deportasiya edilir
Fransada Rusiya azarkeşləri həbs və deportasiya edilir

Xarici işlər naziri Sergey Lavrov Marseldə baş vermis toqquşmaların ardınca 43 rusiyalı azarkeşin həbs olunmasını kəskin tənqid edib.

Buna baxmayaraq Fransa Lil şəhərində həbs edilmiş daha dörd rusiyalını ölkədən deportasiya edəcək.

Bundan əvvəl Avropa futboluna rəhbərlik edən qurum – UEFA Marsel stadionunda baş vermis azarkeş zorakılığının ardınca Rusiya yığmasını şərti olaraq turnirdən xaric edib və 150 min avro cərimələyib.

Xəbər verilir ki, Fransa səfiri Jean-Maurice Ripert, cənab Lavrov Rusiya parlamenti qarşısında çıxış etdikdən az sonra nazirliyə dəvət edilib.

Sergey Lavrov hesab edir ki, Rusiya azarkeşlərini qəsdən təxribata çəkiblər. Nazir habelə rusiyalıları yoxlayan Fransa polisini pisləyib.

Lavrov deyib ki, 40 rusiyalı azarkeşin getdiyi avtobusun dayandırılması və sənədlərinin yoxlanması üçün avytobusdan düşürdülməsi "tamamilə qeyri-məqbul” hərəkətdir.

O Fransanı azarkeşləri həbs etməklə beynəlxalq konvensiyaları pozmaqda günahlandırıb.

Beynəlxalq konvensiyalar

"Əslində fransızlar özlərinin Vyana Konvensiya qarşısında öhdəliklərinə tam zidd şəkildə davranıblar, – deyib Sergey Lavrov, – Mən artıq bu barədə Fransa xarici işlər nazirinə yazmışam və belə insidentlərin bir daha baş verməməsini tələb etmişəm”.

Bununla yanaşı cənab Lavrov "bəzi rusiyalı azarkeşlərin hərəkətlərini də” pisləyib.

O deyib ki, stadiona məşəllərin və fişənglərin gətirilməsi tamamilə yolverilməzdir.

"Lakin digər tərəfdən biz başqa ölkə vətəndaşlarının hərəkətlərinə göz yumulmasına biganə qala bilmərik” – deyib Rusiya xarici işlər naziri.

Bundan əvvəl Fransa prokurorluğu Marsel stationunda baş vermis zorakılığa görə "150-dək yaxşı təlimlənmiş Rusiya azarkeşini” ittiham etmişdi.

Bu arada 43 Rusiya azarkeşini daşıyan avtobus Kann şəhəri yaxınlığında keçirılən polis əməliyyatının gedişində dayandırılıb və ruslar ölkədən deportasiya edilib.

Onların arasında ifrat sağçı ekstremistlərə rəğbətli Aleksandr Şprıgin də var.

Polisə butulka atan 5 İngiltərə azarkeşi də həbs olunub.

(azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300