Uluyol.info  "Virtualaz.org"-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Eurovision 2016”-dakı təmsilçisi İveta Mukuçyan Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində deyib.

"Eurovision”da nə üçün tanınmamış "DQR”-in bayrağını qaldırması ilə bağlı suala cavabında o deyib: "Dağlıq Qarabağ Azərbaycana məxsusdur, amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər "böyük qardaş” Rusiya ilə müzakirə olunub, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır”.

Xatırladaq ki, mayın 10-da Stokholmda -"Eurovision-2016”nın finalında İveta Mukuçyan "DQR”in bayrağını qaldırmış, yarışmanın təşkilatçıları isə buna görə Ermənistanı sanksiyalarla hədələmişdilər.

Yarışmadan sonra keçirilən mətbuat konfransında Mukuçyan nə üçün elə etdiyinə bu cür aydınlıq gətirmişdi: "Mənim demək və yaymaq istədiyim yeganə şey sülhdür. Mən sərhədlərdə sülh istəyirəm, Ermənistanın istədiyi yeganə şey də sülhdür. Mən bu mahnını məhz buna görə yazmışam – "məhəbbət dalğasını” yaymaq üçün. Mənim arzum budur ki, bütün dünyada sülh bərqərar olsun. Mən bayrağı ona görə qaldırdım ki, insanlar diqqətlərini bu problemə yönəltsinlər. Mən bu dünyaya yalnız sülh arzulayıram”.

Onu da xatırlaraq ki, İveta Mukuçyan həmin yarışmada 7-ci yeri tutub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300