Foto: Qəddafi, Efiopiya imperatoru və İspaniya şahzadəsinin saatları hərracda (FOTO) / Maraqlı

 

Cenevrədə nadir saatların satışı üzrə 3 hərrac keçirilib.

Hərraclara çıxarılan əşyalar arasında Liviya lideri, Efiopiya imperatoru və İspaniya şahzadəsinə məxsus saatlar da var.

Uluyol.info "Trend"ə istinadən hərraclara qoyulan bəzi saatları təqdim edir:

Estimeytlər (ilkin satış qiyməti) İsveçrə frankı (1 frank hazırda təqribən 1 ABŞ dollarına bərabərdir) ilə göstərilib.

"Henry Capt No. 602 Musique d'Amour”. Cib saatı. 750 əyarlı qızıl. Estimeyt: 35-55 min frank (təqribən 1810-cu il)

"Breguet No. 3104, Montre Or à Répétition à Minutes”. Cib saatı. 750 əyarlı qızıl. 1818-ci ildə 2980 qızıl franka İspaniya şahzadəsi Karlosa satılıb. Est.: 50-100 min frank (1818-ci il)

"Rolex, Sporting Prince Chronometer, Ref. 1883/1599”. Qol saatı. Olduqca nadir "Rolex”. 750 əyarlı qızıl və paslanmayan polad. Est.: 15-25 min frank (1932-ci il)

"Patek Philippe Ref. 1436”. Qol saatı. Est.: 1,5 - 3 milyon frank (1945-ci il)

"Cartier Tank Basculante”. Qol saatı. 750 əyarlı qızıl. Est.: 25-35 min frank (1945-ci il)

"Omega OT 14.173”. Qol saatı. Əl işi. 750 əyarlı qızıl. Efiopiya imperatoru Hayle Selassieyə məxsus olub. Est.: 20-40 min frank (1949-cu il)

"Gübelin”. Qol saatı. 750 əyarlı qızıl. Cenevrədə hazırlanıb. Est.: 20-40 min frank (1955-ci l)

"Chopard Ref. 1278”. Qol saatı. Brilyant və 750 əyarlı qızıl. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin 40 illik yubileyi münasibətilə məhdud sayda buraxılıb. Est.: 6-8 min frank (1999-cu il)

"Audemars Piguet, Batman and Night and Day”. Cib saatı. Yeganə nüsxə. 750 əyarlı qızıl, 1599 brilyant və göy yaqut (müvafiq olaraq, 38,18 və 58,67 karat). Est.: 220-320 min frank (2002-ci il)

 
 
 
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300